Kateqoriyasız

Ərdoğan oyundan əvvəl türk azarkeşlərlə görüşdü – Video

Azərbaycanda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyə millisinin azarkeşləri ilə görüşüb.

Milli Məclisə yola düşməzdən əvvəl qaldığı otelin qarşısında onu Türkiyə millisinin azarkeşləri qarşılayıb. Fanatlar “Ərdoğan” şüarı səsləndiriblər. Dövlət başçısı isə azarkeşlərə yaxınlaşaraq onlarla görüşüb.

Qeyd edək ki, bu gün Türkiyə millisi Avro-2020-nin 2-ci turunda Bakıda Uelslə qarşılaşacaq. Rəcəb Tayyib Ərdoğanın Bakı Olimpiya Stadionunda keçiriləcək görüşü Azərbaycan prezidenti İlham Əliyevlə birgə izləyəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43