İdman

Ərəblər Prandellini qovdu

İtaliyalı məşqçi Çezare Prandelli işsiz qalıb.

İdmanxeber.com-un məlumatına görə, Birləşmiş Ərəb Əmirliyinin “Al Nasr” klubunu çalışdıran 60 yaşlı mütəxəssis istefaya göndərilib.

Bu barədə klubun rəsmi Tivitter səhifəsi xəbər yayıb.

İtaliya millisinin sabiq baş məşqçisi ötən ildən “Al Nasr”ı çalışdırırdı. Onun komandası 12 turdan sonra 8 xalla 4-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Prandelli karyerası ərzində “Parma”, “Fiorentina”, “Qalatasaray” və “Valensiya” kimi klublarda da çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43