İdman

“Əsas odur ki, son məğlubiyyətdən sonra xarakter göstərə bildik” – Emin Mahmudov

Bu gün milli komandamız yoldaşlıq oyunu çərçivəsində səfərdə Latviyanın qonağı olub.

İdmanxeber.com-un məlumatına görə, 3:1 hesabl ilə qalib gələn yığmamızın üzvü Emin Mahmudov matçdan sonra AFFA-nın rəsmi saytına açıqlama verib. Millimizin 3-cü qolunun müəllifi qarşılaşmanın çətin keçdiyini bildirib:

Nəticəyə baxmayaraq, çətin matç oldu. Aqressiv oyun göstərə bildik. Məşqçinin istədiyi hücum futbolunu nümayiş etdirə bildik. Düzdür, topu arzulanan səviyyədə idarə edə bilmədik. Əsas odur ki, son məğlubiyyətdən sonra xarakter göstərə bildik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43