l Divizion

Əsgər Abdullayev: “Araz-Naxçıvan”ın güclü azarkeş ordusu olduğu danılmazdır – MÜSAHİBƏ

Bakıda təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan” bugün də “Neftçibaza”da məşqə çıxıb. Məşqdən sonra komandanın baş məşqçisi Əsgər Abdullayev suallarımızı cavablandırıb.

– Əsgər müəllim, toplanış necə keçir?

– Normal. Hər gün məşqlər də davam edir, axtarışlarımız da. Amma axtarışlarımız məşqlərimizdən daha çox davam edir.

– Hər gün məşqdə yeni futbolçular görmək mümkündür. Onların hansının qalıb-qalmayacağı dəqiqləşib?

– Çempionatın başlamasına hələ xeyli vaxt var. Ona görə də bugün dəqiq söz demək çətdindir ki, kimlər qalacaq. Optimal heyətin qurulması vaxt tələb edir. Bu səbəbdən də xahiş edirəm ki, zamanı qabaqlamayaq.

– Transferlər barədə dəqiq məlumatı nə zaman verəcəksiniz? Bunu bizdən ən çox azarkeşlərimiz soruşurlar ki, Əsgər müəllimin transfer siyahısı nə zaman bilinəcək?

– Transfer pəncərəsi yekunlaşan gün (gülür). Mən dedim axı, axtarışdayıq.

– Sabah premyer liqa təmsilçisi “Rəvan”la yoldaşlıq matçı var. Bu barədə nə deyə bilərsiniz?

– Əsas komandaya cəlb etmək istədiyimiz futbolçuları yoxlamaq niyyətindəyik. Çünki əlimdəki “materiallar”a bələdəm, ona görə də yenilərə daha çox şans vermək fikrim var. “Rəvan”dan sonra 2 Premyer Liqa təmsilçisi ilə də oyunumuz var. Hamı da bilir ki, yoxlama oyunları nə səbəbə keçirilir. Əsas bizi “materialın tərkibi” bizi maraqlandırır.

– Diqqətçəkən məqamlardan biri də odur ki, hər gün məşqlərinizi ən azı 15-20 azarkeş izləyir.

– Artıq 1 həftədir ki, məqşlərimiz başlayıb. Hər günü bizi tək qoymayan azarkeşlərimiz var. Onlar qibtə olunası azarkeşlərdir. Həqiqətən də “Araz-Naxçıvan”ın güclü azarkeş ordusu olduğu danılmazdır. Bunu biz ev və səfər oyunlarında görmüşük. Biz bu futbolu onlar üçün oynayırıq.

Söhbətləşdi: Emin Tarverdiyev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43