Kateqoriyasız

Əsgər Abdullayev: “Bu komanda ilk üçlükdə ola bilər”

Topaz
Premyer Liqasının XVI turunda “Qəbələ” “Neftçi”ni qəbul edib.

İdmanxeber.com-un
məlumatına görə, görüş qonaqların 0:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyundanqonaqların
baş məşqçisi Əsgər Abdullayev mətbuat konfransında jurnalistlərin suallarını
cavablandırıb

– İki
fərqli hissə oynadıq. Birinci hissədə daha yaxşı oynadıq. Düşündük ki, komanda
hücum edəcək və biz əks hücumda istəyimizə nail olacağıq. Lakin bu olmadı.
İkinci yerlə fərq o qədər də böyük deyiil. Üçlüyə mübarizə apara bilərik.
Futbolçularımız gəncdi və çox prespektivlidi. Daha çox aldatmağa və sürətə
meyillidirlər. Məhəmməd Qurbanovun oyununu bəyəndim. Cavid də formaya düşərsə,
daha uğurlu nəticə qazanmalıyıq. Psixoloji durum yavaş-yavaş düzəlir. Futbolçular
özlərinə inanmalıdı. “Neftçi” istəsə müdafiə də oluna bilər. Müdafiə bacarmayan
komanda böyük nailiyyət qazana bilməz. Sevindirici haldı ki, ikinci hissədə
müdafiə olunmağı bacardıq. Rəqib komanda çox güclüdü. Qara zolaqda olsa da
futbolçuların fərdi ustalıqları bəlli olur. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43