Ölkə futbolu

Əsgər Abdullayev: “Gücümüz budur”

Topaz Premyer Liqasının X turunda  “Araz Naxçıvan” öz meydançasında “Qəbələ”yə 0-1 hesabı ilə uduzdu.

İdmanxeber.com-un məlumatına görə, “Araz Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayev məğlub olduğları matçı belə şərh edib:

“Oyun barədə hər hansı bir sözüm yoxdur. Gücümüz budur. Premyer Liqaya vəsiqə qazandıqdan sonra  biz heyəti yenə yerli futbolçulardan qurmağa çalışdıq. Premyer Liqanın hansı səviyyədə olduğunu bilirəm. Çempionatda bizim üçün oyunların çox çətin keçəcəyini dərk edirdim. Bizə elə futbolçular lazımdır ki, onlar komandanı irəli apara bilsinlər. Mənim istəyim budur ki, Naxçıvan futbolu inkişaf etsin”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43