İdman

“Əsl Ozan Canın kim olduğunu xatırladacağam” – Ozan Can Kökçü

“Bursaspor”da hədəflərim var idi. Ancaq heyət geniş olduğundan şans qazanmağım çətin idi. Buna görə də Hollandiya çempionatına getməyi düşündüm. Orada yaxşı mövsüm keçirdim”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri U-21 millimizin üzvü Ozan Can Kökçü Türkiyə mətbuatına açıqlamasında deyib.

20 yaşlı hücumçu növbəti mövsümü müqavilə ilə məxsus olduğu “Bursaspor”da keçirəcək. Bu barədə danışan futbolçu yeni mövsümdə daha yaxşı çıxış edəcəyini bildirib: “Samet Aybaba bəyəndiyim, futbolu sevən məşqçidir. Onunla çalışacağım üçün xoşbəxtəm. Yeni mövsümü səbirsizliklə gözləyirəm. Hollandiya çempionatı başa çatdıqdan sonra birbaşa Azərbaycana gəldim. Həm millidə, həm də fərdi qaydada məşqlərimi davam etdirirəm. Növbəti mövsümdə yeni baş məşqçimizlə birgə yüksəlişə nail olaraq, əsl Ozan Canın kim olduğunu xatırladacağam”.

O.Kökçü bir müddət əvvəl  U-21 millimizdən imtina etməsindən və yenidən yığmaya cəlb olunması barədə də fikirlərini bildirib: “A milli komandası haqda çox danışmaq istəmirəm. Bundan əvvəl Türkiyə yığmasının aşağı yaş qrupları üzrə koordinatoru Tolunay Kafkasla Hollandiyada görüşmüşdük. Mən əvvəl bəzi problemlərə görə Azərbaycan millisindən imtina etməyə məvbur olmuşdum. Amma yeni baş məşqçimiz Rəşad Sadıqovun gəlişiylə yenidən milliyə dəvət aldım. Rəşad Sadıqov çox yaxşı insan və məşqçidir. Onun mənə çox şey öyrədəcəyini düşündüm və yenidən millidə oynamağa qərar verdim. Bu bardə əçox danışmaq istəymirəm. Əsas millidə oynamağın bir az da qismət məsələsi olduğunu düşünürəm”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43