İdman

Əvvəl “Astra”, sonra “Zirə”

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Zirə” “Astra”nı qəbul edəcək. Artıq oyunöncəsi mətbuat konfranslarının və məşqlərin vaxtı bəllidi.
İdmanxeber.com-un məlumatına görə, jurnalistlər önünə ilk olaraq “Astra”nın baş məşqçisi Edvard Yordanesku çıxacaq. Rumıniyalı mütəxəssisin mətbuat konfransı sabah saat 19:15-də, oyunun keçiriləcəyi “Dalğa Arena”nın konfrans zalında baş tutacaq. Saat 19:30-da isə Rumıniya təmsilçisinin oyunöncəsi son məşqi olacaq.
“Zirə”nin baş məşqçisi Ayxan Abbasov isə saat 20:30-da jurnalistlərin önünə çıxacaq. Saat 21:00-da isə “qartallar”ın oyunöncəsi son məşqi baş tutacaq. “Zirə”nin də məşqi və mətbuat konfransı “Dalğa Arena”da keçiriləcək. Hər iki məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.
 
“Zirə” – “Astra” oyunu iyulun 20-də, saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43