Milli komanda

Əvvəl Hoqmo, sonra Prosineçki

DÇ-2018-in seçmə mərhələsində oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Norveç oyunu ərəfəsində mətbuat konfransı və açıq məşq təşkil olunacaq. 

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə,  norveçli baş məşqçi Per-Matias Hoqmo Azərbaycan yığmasındakı həmkarı Robert Prosineçkidən əvvəl media önünə çıxacaq.
 
Azərbaycan – Norveç: Açıq məşq və mətbuat konfransı

Norveç milli komandası

7 oktyabr
Saat 18:30. Mətbuat konfransı
Saat 19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Azərbaycan milli komandası

7 oktyabr
Saat 19:45. Mətbuat konfransı
Saat 20:15. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq 
 
Hər iki məşq və mətbuat konfransı Bakı Olimpiya Stadionunda keçiriləcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43