Ölkə futbolu

Əvvəl “Qəbələ”, sonra “Lill”

Avqustun 4-ü UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda “Qəbələ” Fransanın “Lill” komandasını qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, “Bakcell Arena”da baş tutacaq “Qəbələ” – “Lill” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl – avqustun 3-də saat 19:30-da arenanın media zalında başlayacaq.

İlk olaraq jurnalistlərin önünə “Lill”in baş məşqçisi Frederik Antonetti çıxacaq. 20:30-da isə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandıracaq.

Komandaların oyunöncəsi son məşqi də “Bakcell Arena”da baş tutacaq. “Lill” saat 20:00-da, “Qəbələ” isə 21:00-da hazırlıqlarını tamamlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43