“Mənim üçün əlamətdar transfer oldu. Çünki “Neftçi” proyekt hazırlayıb və mənim də burada olmağım sevindiricidir. Düşünürəm ki, bu, uğurlu layihə olacaq”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”dən ayrılaraq, “Neftçi”yə transfer olan Baqali Dabo deyib. 29 yaşlı hücumçu bildirib ki, “Qəbələ” ilə müqaviləni uzatmaq barəsində razılıq əldə edib, lakin sonrada şərtlərlə razılaşmayıb: “Əvvəlcə razılıq oldu. Ancaq bəzi şərtlərlə sonradan razılaşmadım. Agentimlə danışdım və “Neftçi”yə gəlməyə qərar verdim”.
Fransalı qolçu paytaxt klubuna çempionluq yaşamaq üçün gəldiyini deyib: “Neftçi” mövsümün son oyunlarında yaxşı çıxış etdi və 3-cü yeri tutdu. Komanda 2-ci yeri də tuta bilərdi, amma bu da yaxşı nəticədir. “Qəbələ”də qalib ola bilməsək də, maksimum çalışdıq. “Neftçi”yə çempion olmaq üçün gəldim”.