16 Sentyabr 2024
Kateqoriyasız

“Əvvəlcə “Xəzər Lənkəran”da mənə başqa şərtlərdən danışırdılar”

“Xəzər Lənkəran”ın sabiq qapıçısı Toni Doblas İspaniya mətbuatına açıqlama verib:

“Əvvəlcə “Xəzər Lənkəran”da mənə başqa şərtlərdən danışırdılar. Məsələn, mənim Bakıda yaşayacağım ehtimal edilirdi. Ancaq sonradan məlum oldu ki, komanda bazası Bakıdan dörd saatlıq məsafədə yerləşir. Demək olar ki, İranla sərhəddə. Bunlara rəğmən komandanın pis nəticələr göstərdiyi ana qədər səbr etdim. Sonra isə mən “Xəzər Lənkəran”la vidalaşıb İspaniyaya qayıtmağı üstün tutdum”.

Qeyd edək ki, Doblas hal-hazırda klubsuzdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43