İdman

 UEFA Çexiya klubunu cəzalandırdı

UEFA-nın intizam Komitəsi Çexiyanın “Sparta” (Praqa) klubunu cəzalandırıb.
İdmanxeber.com-un məlumatına görə, Avropa futbol qurumunun qərarına əsasən Praqa təmsilçisi Avropa Liqasının qrup mərhələsinin III turunda İsrail “Hapoel”i (Beer Şeva) ilə görüşdə ən çox azarkeş kütləsi olan tribunaları bağlayacaq.
Buna səbəb K qrupunda İtaliya “İnter”i ilə keçirilmiş oyunda azarkeşlərin irqçi şüarlar səsləndirməsidir. Analoji hal təkrarlanacağı halda tribunaların bağlanacağı bildirilib.
Qeyd edək ki, “Sparta” noyabrın 3-də “Hapoel”lə qarşılaşacaq. 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43