Dünya futbolu

10 ay sonra meydanlara qayıtdı, yenidən zədələndi

”Liverpul”un oyunçusu Tyaqo Alkantara həftəsonu keçirilən “Arsenal” oyunuyla meydanlara geri dönüb.

İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı oyunçu 85-ci dəqiqədə oyuna daxil olub. 10 aydan sonra meydanlara geri dönən ispaniyalı yarımmüdafiəçi yenidən zədələnib.

Alkantara 2020-ci ildən bəri “Liverpul”da çıxış edir. Təcrübəli oyunçunun mövsümün sonunda Mersisayd klubundan ayrılacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43