20 Yanvar 2021
Dünya futbolu

“10 Ferrari, 20 bahalı qol saatı və ya 2 təyyarə nəyimə lazımdır?” – Mane

“Liverpul”un ulduz futbolçusu Sadio Mane həyatı haqqında danışıb.

İdmanxeber.az-ın məlumatına görə, seneqallı futbolçu bunları deyib:

“10 Ferrari, 20 bahalı qol saatı və ya 2 təyyarə nəyimə lazımdır? Mən ağır günlər keçirmişəm. Ac qaldım, tarlada işləməli oldum, ayaqyalın futbol oynadım, təhsilim yox idi. Amma bu gün futbolun sayəsində qazandıqlarımla xalqıma kömək edə bilirəm. Seneqalda məktəblər, stadion tikdirir, yoxsul insanlara üçün paltar, ayaqqabı, yemək veririk. Çalışıram ki, bizim insanlarımız həyatın mənə bəxş etdiklərindən faydalana bilsinlər”.

Mane bildirib ki, ehtiyacı olan bir çox kasıb adamın hər birinə 70 avro verir: “Lüks maşınları, lüks evləri, səyahətləri və hətta təyyarələri göstərmək lazım deyil”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

SON DƏQİQƏ: “Qalatasaray” ilk transferini reallaşdırdı

admin

Pato klubunu dəyişdi

admin

Azərbaycan millisi üçün A Seriyası klubunun təklifini geri çevirib

admin