Kateqoriyasız

“10 klub iştirak edən bir Premyer Liqada 64 Bakı Derbisi olar?”

Diviziondan hansı klubun və ya klubların Premyer Liqada çıxış edəcəyi sual olaraq qalır.

İdmanxeber.com-un məlumatına görə, yeni mövsümdən PL-də çıxış edəcəyi gözlənilən "Zaqatala" klubunun da, yüksək liqada yeni ad altında debüt etmək istəməsi sirr deyil. Klubun sadiq azarkeşlərindən biri İnqilab Sultanov "Zaqatala"nın yeni mövsümdən yüksək liqada oynamalı olduğunu bildirib və bunu əsaslandırıb:

"Bütün Zaqatala, klub prezidenti belə istəyir ki, bu torpaqda güclü futbol olsun. Keçən  il AFFA qərb bölgəsinə dəstək oldu və "Kəpəz" Avropada çıxış edəcək. "Turan- Tovuz"un da Premyer Liqada çıxış etmək variantı var. Ancaq Tovuz klubu bu il də gözləyə bilər. Qoy AFFA bu ild də şimal-qərb bölgəsinə dəstək olsun. Zaqatala klubu da Azərbaycan futbolunda öz layiqli yerini tutsun.

Dvizionda "Zaqatala"dan başqa bütün klubların şəraiti sıfıra bərabərdir. Hətta Tovuz klubunda belə yaxşi şərait yoxdur. Azarkeşlər isə heç stadionlara gəlmirlər. Divizionda 2 klubun azarkeşləri var, "Zaqatala" və "Şahdağ".  Düşünürəm ki, "Zaqatala" bu komandalaırn içərisində lisenziya almağa 1 nömrəli namizəddi.

Təklif edirəm ki, Premyer Liqada 14 klub iştirak etsin. Bu 14 klubun ən azından 10-u Azərbaycanın bölgələrini təmsil etsin. Artıq neçə illərdir biz Bakı çempionatı izləyirik. Əgər pul və sponsor tapılmırsa necə olur ki, Bakıda 7-8 kluba çempionatda iştirak etmək üçün hər şey tapılır? Axı Azərbaycan tək Bakı şəhərindən ibarət deyil.  Baxın, 4 dövrəli Premyer Liqada 180 oyun olur. Bu oyunların 64-ü Bakıda keçirilir. Dünyanın heç bir ölkəsində belə hala rast gəlmək mümkün deyil. 10 klub iştirak edən bir Premyer Liqada 64 Bakı Derbisi olar?"


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43