Milli komanda

11 illik həsrət

Milli komandamız bu gün DÇ-2022-nin seçmə mərhələsinin son oyununda Lüksemburq yığmasına öz meydanında məğlub olub.

İdmanxeber.az-ın məlumatına görə, bununlada Lüksemburq millisi üzərində qələbə həsrətinin 11 ili tamam olub. Belə ki, millilər arasında baş tutan 7 matçdan cəmi birində qələbə qazanan yığmamızın bu uğuru da 2010-cu ilə təsadüf edir.

O vaxtdan bu günə kimi, millimiz baş tutan 6 matçda 3 dəfə heç-heçə edib, 3-də də bu “cırtdan ölkə”yə məğlub olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43