Kateqoriyasız

“13-14 sağlam futbolçumuz qalıb” – Elçin Rəhmanov

“Qarabağ”ın məşqçisi Elçin Rəhmanov Avropa Liqasının qrup mərhələsinin V turunda sabah “Makkabi” (Tel-Əviv) ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında fikirlərini bildirib.

Baş məşqçi Qurban Qurbanov koronavirusa yoluxduğu üçün onu əvəzləyən mütəxəssis heyətdə problemlərin olduğunu söyləyib:

“Məlum səbəblərə görə az oyunçumuz var. 13-14 sağlam futbolçu qalıb. Dua edirik ki, digər futbolçular sabaha tam hazır olsunlar”.

Sabah İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43