08 Sentyabr 2024
Kateqoriyasız

13 yaşlı azarkeş “Qəbələ”nin futbolçusuna müraciət etdi: “Əgər dediyim söz xətrivə dəyibsə…” – FOTOLAR

Noyabrın 12-də “Kapital Bank Arena”da “Sumqayıt”la “Qəbələ” arasında yoxlama oyunu keçirilməsi və həmin qarşılaşmada rəqib komandanın üzvü Ekiqo Ehiosuna qarşı xoşagəlməz ifadə səslənməsi barədə xəbər vermişdik. 
“Sumqayıt” həmin hadisəyə səbəb olan azyaşlı azarkeşi tapıb. 13 yaşlı Tural Rzayev adlı fanat onun səsləndirdiyi şüarın Ekiqo Ehiosun səhv başa düşdüyünü söyləyib. Azyaşlı azarkeş anlaşılmazlığa görə adıçəkilən futbolçuya üzürxahlıq məktubu ünvanlayaraq ondan üzr istəyib.
Klubun rəsmi saytında verilən müraciətin mətni: 

“Əziz Ekiqo. Mən uşaqlıqdan futbol azarkeşi olmuşam. Hər zaman komandama dəstək olmuşam. Sənin komandanın oyununu stadiondan izləmişəm. Sənə dediyim söz düzgün başa düşülməyib. Əgər dediyim söz xətrivə dəyibsə, səndən üzr istəyirəm. Ailəmdən aldığım tərbiyə mənə nəinki irqçiliyə heç təhqirə də yol vermir. Əgər müraciətimi qəbul edirsənsə, növbəti “Sumqayıt” – “Qəbələ” oyununda səninlə şəkil çəkdirmək istəyimi qəbul edəsən”.




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43