Kateqoriyasız

15-ci səfər

Topaz Premyer Liqasının 26-cı turunu səfərdə keçirəcək “Qəbələ” “Bakı”nın qonağı olacaq. Futbolinfo.az xəbər verir ki, martın 16-da paytaxtda keçiriləcək görüş rəqiblər arasında 29-cu duel olacaq.

“Qırmızı-qaralar” 9 illik tarixində heç bir rəqiblə bu qədər qarşılaşmayıb. Bu görüşədək həm “Bakı”, həm də “Qarabağ” 28 dəfə “Qəbələ”nin önünə çıxıb.

Son 3 matçda bakılıları məğlub edən Qəbələ təmsilçisi ümumilikdə 6 dəfə paytaxtın eyniadlı təmsilçisini məğlub edib. Daha 7 dəfə isə rəqiblər bərabərliklə ayrılıb. “Bakı”nın hesabında isə daha çox – 15 qələbə var. Bu qarşılaşmalarda paytaxt futbolçuları 32, “qırmızı-qaralar” isə 20 dəfə rəqib qapısına yol tapıb.

6 dəfə kubokda yolları kəsişən “Qəbələ” ilə “Bakı” 22 çempionat matçında münasibətlərini aydınlaşdırıb. Bütün qələbələri çempionata təsadüf edən əyalət təmsilçisi 4 heç-heçə edib və 12 dəfə meydanı xalsız tərk edib. Top fərqində də bakılılar öndədir – 26:18.

Son 3 səfər oyununda uduzmayan “Qəbələ” Bakı klubunun meydanında keçirdiyi 14 görüşdə 2 qələbə qazanıb, 3 heç-heçə edib və 9 dəfə uduzub. 15-ci səfər matçında 10-cu qolunu vurmaq iddiasında olan “qırmızı-qaralar” 21 top buraxıb.

 “Qəbələ”nin “Bakı” ilə duellərində ümumilikdə 52 qol vurulub. Bu oyunların ən yaxşı bombardiri Viktor Mendidir. “Qırmızı-qaralar”ın legioneri 5 dəfə rəqib qapısına yol tapıb. Bakılıların heyətində isə 4 qol vuran Aleksandar Şoliç öndədir. Joao Silvinyo de Karvalyo, Amiran Muciri isə hərəyə 3 qolun sevincini yaşayıb. “Qəbələ”nin 20 qoluna 14 futbolçu imza atıb. Mendidən başqa, daha 2 oyunçu 1 dəfədən artıq fərqlənib. Vitali Balamestnı ilə Yannik Kamanan 2 dəfə rəqib qapısına yol tapıb. Rəqibin heyətində Əhməd Ticani, Leandro Qomeş və Uinston Parksın da 2 qolu var. 

2006/07. Premyer Liqa
29.10.2006. Bakı – Gilan (Qəbələ) – 1:0
Aleksandr Qoqoberişvili, 5
 
2006/07. Azərbaycan kuboku
21.11.2006. Gilan (Qəbələ) – Bakı – 0:2
Georgi Meqreladze, 78, Leandro Qomeş, 90+2
 
2006/07. Azərbaycan kuboku
02.12.2006. Bakı – Gilan (Qəbələ) – 1:0
Leandro Qomeş, 51
 
2006/07. Premyer Liqa
18.04.2007. Gilan (Qəbələ) – Bakı – 0:1
Vüqar Quliyev, 55
 
2007/08. Premyer Liqa
19.08.2007. Qəbələ – Bakı – 2:0
Vitali Balamesttnı, 71, Tornike Aptsiauri, 79
 
2007/08. Premyer Liqa
24.02.2008. Bakı – Qəbələ – 3:0
Əhməd Ticani, 16, Eli Sisse, 57, Anatoli Ponomaryov, 86
 
2007/08. Azərbaycan kuboku
06.03.2008. Bakı – Qəbələ – 1:1
Əhməd Ticani, 28 – Samir Zərgərov, 22
.
2007/08. Azərbaycan kuboku
20.03.2008. Qəbələ – Bakı – 1:1, p.4:3
Vitali Balamestnı, 44 – Amiran Muciri, 35
 
2008/09. Premyer Liqa
09.11.2008. Bakı – Qəbələ – 3:0
Fernando Peres, 21, Amiran Muciri, 54-p.; 74
 
2008/09. Premyer Liqa
26.04.2009. Qəbələ – Bakı – 0:1
Uilyam Roşa Batista, 74
 
2009/10. Premyer Liqa
31.10.2009. Qəbələ – Bakı – 0:2
Bəxtiyar Soltanov, 40; Aleksandar Şoliç, 76
   
2009/10. Premyer Liqa
13.02.2010. Bakı – Qəbələ – 2:0
Gürşat Duymuş, 35; Adriano Padilyo Nasimento, 90+2
 
2009/10. Premyer Liqa
28.03.2010. Bakı – Qəbələ – 1:1
Aleksandar Soliç, 21 – Pərvin Paşayev, 78
 
2009/10. Premyer Liqa
01.05.2010. Qəbələ – Bakı – 1:0
Paulino Lopes Tavares, 72
 
2010/11. Premyer Liqa
22.08.2010. Bakı – Qəbələ – 2:1
Fabio Luis Ramim, 29; Joao Silvinyo de Karvalyo, 73-p. – Deon Barton, 6
 
2010/11. Premyer Liqa
23.12.2010. Qəbələ – Bakı – 0:1
Joao Silvinyo de Karvalyo, 50
 
2010/11. Azərbaycan kuboku
03.03.2011. Qəbələ – Bakı – 0:0
 
2010/11. Azərbaycan kuboku
08.03.2011. Bakı – Qəbələ – 1:0
Joao Silvinyo de Karvalyo, 57
 
2011/12. Premyer Liqa
07.08.2011. Qəbələ – Bakı – 0:0
 
2011/12. Premyer Liqa
26.11.2011. Bakı – Qəbələ – 2:1
Deividas Çesnauskis, 17; Uinston Parks, 29 – Serj Cehua, 88-p.
 
2011/12. Premyer Liqa
01.04.2012. Bakı – Qəbələ – 2:1
Uinston Parks, 57; Aleksandar Soliç, 90+3 – Yannik Kamanan, 16
 
2011/12. Premyer Liqa
29.04.2012. Qəbələ – Bakı – 4:0
Yannik Kamanan, 37; Vurğun Hüseynov, 49; Viktor Mendi, 58; Nodar Məmmədov, 90+2
 
2012/13. Premyer Liqa
04.10.2012. Bakı – Qəbələ – 1:1
Aleksandar Soliç, 59 – Viktor Mendi, 14
 
2012/13. Premyer Liqa
02.12.2012. Qəbələ – Bakı – 0:2
Vilson Junior, 53; Nurlan Novruzov, 83
 
2012/13. Premyer Liqa
13.04.2013. Qəbələ – Bakı – 1:1
Viktor Mendi, 30 – Rauf Əliyev, 90+1 (p.)
 
2012/13. Premyer Liqa
09.05.2013. Bakı – Qəbələ – 0:1
Rodriges Assis, 65 
 
2013/14. Premyer Liqa
03.08.2013. Bakı – Qəbələ – 1:2
Mindauqas Kalonas, 12 – Viktor Mendi, 62; 82
 
2013/14. Premyer Liqa
20.12.2013. Qəbələ – Bakı – 2:0
Daniel Subotiç, 19; Lorentso Ebesilio, 90+4 (pen.)
 
(klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43