Dünya futbolu

15 ildən sonra “Real”dan getdi

Madrid “Real”ı futbolçusu Marselo ilə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı müdafiəçi ilə vida tədbirində “kral klubu”nun prezidenti Florentino Peres də iştirak edib.

15 ildir komandada çıxış edən “sambaçı” ilə müqavilə uzadılmayıb. Marselo paytaxt komandasında son oyununu Çempionlar Liqasının finalında 1:0 hesabı ilə qalib gəldikləri İngiltərə “Liverpul”una qarşı keçirib. Klubun heyətində ümumilikdə 545 oyuna çıxan təcrübəli futbolçu 38 qol və 103 məhsuldar ötürmə ilə yadda qalıb. Onun aktivində 6 dəfə İspaniya çempionluğu, 5 dəfə ölkə Super Kuboku, 2 dəfə UEFA Super Kuboku və 5 dəfə Çempionlar Liqası titulları var.

Qeyd edək ki, Marselonun karyerasını Türkiyə, Çin və ya BƏƏ klublarından birində davam etdirəcəyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Vüqar Əskərovdan Latviyada növbəti qol

admin

“Naxçıvan Kuboku”nun püşkü atıldı

admin

Gənc futbolçudan mükəmməl qol – VİDEO

admin