Premyer Liqa

16 turluq uğursuzluq…

Topaz Premyer Liqasının 20-ci turunda AZAL doğma meydanda “Sumqayıt”ı qəbul edəcək. Buna qədər baş tutmuş 10 qarşılaşmadan 4-də paytaxt təmsilçisi, 2-də isə “gənclik şəhəri”nin təmsilçiləri qalib gəlib. Qalan 4 oyunda qalib müəyyən olunmayıb.

30.10.2011 Sumqayıt Şəhər – AZAL (Bakı) 2:1

07.03.2012 AZAL (Bakı) – Sumqayıt 6:3

08.04.2012 AZAL (Bakı) – Sumqayıt 1:1

06.05.2012 Sumqayıt – AZAL (Bakı) 1:0

04.08.2012 Sumqayıt – AZAL (Bakı) 2:2

25.11.2012 AZAL (Bakı) – Sumqayıt 1:1

14.04.2013 Sumqayıt – AZAL (Bakı) 0:2

08.05.2013 AZAL (Bakı) – Sumqayıt 1:0

23.08.2013 AZAL (Bakı) – Sumqayıt 1:0

03.11.2013 Sumqayıt – AZAL (Bakı) 0:0

AZAL öz meydanında “Sumqayıt”a qarşı keçirdiyi 4 oyunun heç birində məğlub olmayıb – 3 qələbə, 1 heç-heçə. Aralarındakı son 4 qarşılaşmada isə “təyyarəçilər” qapısının toxunulmazlığını da saxlaya bilib. Qeyd edək ki, AZAL bu mövsüm doğma meydanda keçirdiyi 9 oyunun 4-də qalib gəlib, 3-də isə məğlub olub. İki oyunda isə heç-heçə qeydə alınıb. 10 dəfə rəqibləri məyus edən AZAL 11 dəfə qapısında qol görüb.

Son turda “İnter”ə bir top fərqi ilə uduzan AZAL “Sumqayıt”la oyunun favoriti sayıla bilər. Lakin bu oyunda AZAL əsas futbolçusu Con Olureminin xidmətindən yararlana bilməyəcək. Sarı vərəqə cəzalısı olan amerikalı futbolçu bu mövsüm komandasının 4 qolunu vurub. Cəza müddəti başa çatan qapıçı Ruslan Məcidovun əsas heyətdə yer alması gözlənilir.

Qış fasiləsində heyətində bir çox dəyişikliklər edən “Sumqayıt”da AZAL-la oyunöncəsi bir itki var. Müdafiəçi Vurğun Hüseynov da Con Oluremi kimi sarı vərəqə cəzalısı olduğundan komandasına kömək edə bilməyəcək. Əvəzində komandanın kapitanı Samir Abasov cəza müddətini başa vurub.

Topaz Premyer Liqasının 4-cü turundan “qara zolağa” düşən sumqayıtlılar artıq 16 turdur ki, 3 xala həsrətdir. Bu mövsüm, hələ ki, ilk və son qələbəsini ev oyununda “Qəbələ”ni məğlub etməklə qazanan Aqil Məmmədovun yetirmələri 4-cü turda AZAL-a 0-1 hesabı ilə uduzmuşdu. Həmin vaxtdan cəmi 3 oyunda heç-heçə edən “Sumqayıt” digər bütün qarşılaşmalarda meydanı xalsız tərk edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43