Ölkə futbolu

17-ci turun ən yaxşı oyunçusu seçildi

Topaz Premyer Liqada 17-ci turun ən yaxşı futbolçusu məlum olub.

İdmanxeber.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, “InStat”ın təhlilinə əsasən, bu, “Keşlə”in hücumçusu Amil Yunanovdur.

“Sumqayıt”a qarşı görüşdə 90 dəqiqə meydanda olan futbolçu bir qolla yadda qalıb. Araşdırmalara əsasən Amil Yunanov turun ən yaxşı indeksə malik futbolçusudur.

Qeyd edək ki, “Keşlə” –  “Sumqayıt” görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43