Kateqoriyasız

19 il sonra çempion oldular

Portuqaliya Premyer Liqasında 2020/21 mövsümünün qalibi müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, 32-ci turda evdə “Boavişta”nı 1:0 hesabı ilə məğlub edən “Sportinq” çempionluğunu rəsmiləşdirib. Lissabon təmsilçisi sona 2 tur qalmış 82 xal toplayıb və ən yaxın izləyicisi “Benfika” üçün əlçatmaz olub.

Bu, “Sportinq”in 23-cü çempionluğu olub. Paytaxt təmsilçisi sonuncu dəfə 2001/2002 mövsümündə Portuqaliya çempionluğunu qazanmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43