İdman

2 saatlıq baş məşqçi

Bolqarıstan futbolunda qeyri-adi hadisə baş verib. 

İdmanxeber.com-un məlumatına görə, “Botev” klubunun baş məşqçisi Nikolay Mitov postunda cəmi 2 saat qalıb.

 

Belə ki, təyinatının ardından komandanı ilk məşqə çıxaran çalışdırıcı azarkeşlərin kəskin etirazı ilə üzləşib. Fanatlar hətta meydana axışaraq, məşq prosesinin yarımçıq dayanmasına da səbəb olublar. Hazırlığı sona çatdırmağı bacaran Mitov məşqdən sonra istefa qərarını açıqlayıb.

 

Cəmi 2 saat bu vəzifəni icra edə bilən mütəxəssis kimi klub prezidenti də postundan gedib. Xoşagəlməz hadisənin ardından Rumen Çandurov da istefa verməyi lazım bilib.(apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43