Kateqoriyasız

“Azərbaycandan təkliflər alıram” – Nazarov

“Azərbaycandan daim təkliflər alıram. Beynəlxalq matçlar da istəkləri təmin edir. Belə oyunlar hər zaman diqqət çəkir. Ancaq “Aue”də özümü yaxşı və dəyərli hiss edirəm. Bu səbəbdən klubumla yeni müqavilə bağladım”.

İdmanxeber.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov deyib.

Macarıstanla (0:1) son qarşılaşmaya çağırılmayan Nazarov Azərbaycan yığmasının heyətində 40 oyunda 8 qola imza atıb. O, zarafatla Rəşad Sadıqova məxsus millidə ən çox oyun keçirmə rekordunda gözü olduğunu deyib: “Son 7 ildə ilk dəfə milli komandanın oyunları zamanı yaranmış fasiləni boş keçirirəm. Millidə 40 oyun keçirmişəm. Bu baxımdan rekord Rəşad Sadıqova məxsusdu. Onun 111 oyunluq rekorduna çatmaq üçün hələ bir neçə il də oynamalıyam”.

Qeyd edək ki, Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə çağırılır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43