Dünya futbolu

21-ci əsrin ən çox het-trik edən futbolçusu kimdi?: Ronaldo, yoxsa Messi?

DÇ-2022-nin seçmə mərhələsində Portuqaliyanın Lüksemburqu 5:0 hesabıyla məğlub etdiyi oyunda het-trik edən Ronaldo ilk pillədəki mövqeyini möhkəmləndirib.

İdmanxeber.az-ın məlumatına görə, bu göstərici ilə 36 yaşlı hücumçu 21-ci əsrdə ən çox het-trik edən futbolçudu. Ronaldo 58 dəfə meydanı 3 qolla tərk edib.

21-ci əsrdə ən çox het-trik edən futbolçular:

Kristiano Ronaldo – 58 het-trik
Lionel Messi – 55
Luis Suares – 29
Robert Levandovski – 26
Neymar – 20
Mario Qomes – 18
Klas-Yan Huntelaar – 18
Serxio Aquero – 18
Zlatan İbrahimoviç – 17
Harri Keyn – 15


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43