Ölkə futbolu

21 il öncəki tarixi yazan “Kəpəz”in baş məşqçisi danışdı

“Kəpəz”in Avropa yolu 21 il öncə Avstriya təmsilçisi ilə başlayıb. Gəncə klubu 1995/1996-cı il mövsümündə o vaxtkı adı ilə desək UEFA Kubokunda  “Austriya” ilə qarşılaşıb.

İdmanxeber.com-un məlumatına görə, həmin dövrdə komandanın baş məşqçisi olmuş Mehman Allahverdiyev indi icraçı direktor vəzifəsini tutur.

 “Sarı-göylər” ilə birlikdə Avstriyada olan klub rəsmisi klub saytına qarşıdakı matçla bağlı düşüncələrini bölüşüb: “Avstriyada Avropa turnirlərində ilk səfər oyunumuzu keçirmişik. Ona görə də xatirələr çoxdur. 21 il öncə keçirdiyimiz oyun bu gün də gözümün qabağındadır. Qitə yarışlarında ilk addımımız idi. Onda uduzub ilk mərhələdən mübarizəni dayandırsaq da, cari mövsümə yaxşı başlamışıq və bu uğurlu nəticənin davamını gətirmək istəyirik. Fikrimiz daha bir mərhələ keçməkdir. Komanda oyuna yaxşı hazırlaşıb. Uşaqlar hazırlıq prosesində məşqçilər tərəfindən verilən tapşırıqları yerinə yetiriblər. Çox ümidliyəm, hələ Moldovaya getməmişdən öncə də inamım böyük idi. Amma bu futboldur, istənilən nəticə ola bilər. Cavab oyununu düşünərək oynamalı və səfərdə qol vurmağa çalışmalıyıq. Komandaya uğurlar arzu edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43