Dünya futbolu

21 illik həsrət sona çatdı

İngiltərənin “Nyukasl” klubu 21 ildən sonra Çempionlar Liqasına vəsiqə qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” “Lester”lə heç-heçə edərək (0:0) dördüncü pilləni təmin edib. Komanda hazırda 70 xalla 3-cü pillədə qərarlaşıb.

“Nyukasl” dördüncü pillədəki “Mançester Yunayted”dən 1, beşinci sıradakı “Liverpul”dan isə 4 xal öndədir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43