Kateqoriyasız

Türkiyə millisi şokda: Turindən bəd xəbər gəldi

Türkiyə millisinin üzvü Merih Demiral ciddi zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, “Roma” ilə oyunda zədələnən gənc futbolçunun durumu ciddidi. Turin klubu 21 yaşlı futbolçunun sol dizinin ön çarpaz bağlarının qopduğunu açıqlayıb.

O, mövsümün qalan oyunlarında forma geyinməyəcək. O, Avropa çempionatında Türkiyə millisinə kömək etməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43