Kateqoriyasız

“Kayserispor”un futbolçusu Azərbaycan millisində oynamaqdan imtina etdi

“Kayserispor”un türkiyəli futbolçusu Hasan Hüseyn Acar Azərbaycan milli komandasında oynamaqdan imtina edib.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi Türkiyə yığmasında oynamaq arzusunda olduğunu deyib:

“Hər futbolçunun milli komandada oynamaq arzusu var. Türkiyə millisində oynamaq istəyirəm. Bu mövsüm Azərbaycan yığmasında oynamaq təklifi aldım, ancaq mən öz millimizdə çıxış etmək istəyirəm. Bu, hər gənc türk futbolçuda olduğu kimi, mənim də arzumdur. Buna görə də Azərbaycandan gələn təklifi qəbul etmədim.Türkiyə millisində oynamağa yaxınlaşıram. Belə davam etsəm, dəvət ala bilərəm”.

O, ötən il Azərbaycan millisində oynamaq üçün təklif aldığını demişdi: “Təklif gəlməsi xəbəri doğrudur. Düşünürəm və buna müsbət baxıram. Milli üzvü olmağı hər kəs istəyir. Türkiyə yığmasında oynamaq istəyərəm, ancaq Azərbaycan millisində də çıxış etmək qürur verər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43