Kateqoriyasız

PSJ ilk finalçı oldu – VİDEO

Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gəlib.

İdmanxeber.az-ın məlumatına görə, ilk yarımfinal matçında Almaniyanın “Leyptsiq” və Fransanın PSJ klubları münasibətlərinə aydınlıq gətirib. Lissabondakı “Da Luş” stadionunda keçirilən matçda 3 cavabsız qolla qalib gələn Fransa təmsilçisi ilk finalçı olub.

Həlledici görüşdə PSJ-nin rəqibi bu gün keçiriləcək “Lion” (Fransa) – “Bavariya” (Almaniya) matçının qalibi olacaq.

“Leyptsiq” (Almaniya)  – PSJ (Fransa – 0:3
Qollar
: Markinyoş, 13, Di Mariya, 42, Bernat, 56

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43