Dünya futbolu

22 yaşlı futbolçu karyerasını başa vurdu

Belçika millisinin və “Gent”in yarımmüdafiəçisi Tomas Foket karyerasını müvəqqəti olaraq başa vurub.

İdmanxeber.com-un məlumatına görə, 22 yaşlı futbolçu razılığa gəldiyi “Atalanta” klubu üçün tibbi müayinədən keçərkən problem yaşayıb. Gənc oyunçunun ürəyində problem aşkarlanıb.

Həkimlər futbolçuya idmanla məşğul olmağı qadağan ediblər. Foketl 6 ay futboldan kənarda qalacaq. İlin sonunda növbəti dəfə müayinədən keçəcək və futbolçunun durumuna aydınlıq gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43