Kateqoriyasız

Portuqaliya – Azərbaycan oyunu “Yuventus”un stadionunda

DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Portuqaliya – Azərbaycan oyunu İtaliyada təşkil olunacaq.

Görüş Turin şəhərində yerləşən “Yuventus” klubuna məxsus “Allyans” stadionda keçiriləcək.

Bununla bağlı AFFA-ya müvafiq rəsmi məlumat UEFA, Portuqaliya Futbol Federasiyası və “Yuventus” klubundan göndərilib və AFFA tərəfindən razılıq verilib.

Portuqaliya milli komandasının ev oyununun neytral meydanda keçirilməsinin səbəbi COVID-19 pandemiyasıdı.

Qarşılaşma martın 24-ü baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43