28 Sentyabr 2021
Kateqoriyasız

Filip Ozobiç “100”ə çatdı

“Qarabağ”ın futbolçusu Filip Ozobiç Premyer Liqada 100-cü oyununu keçirib.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, yarımmüdafiəçinin yubileyi 3-cü turun “Neftçi” ilə səfər matçına (2:1) təsadüf edib.

2016-cı ildən Azərbaycan çempionatında çıxış edən 30 yaşlı futbolçu iki klubun formasını geyinib. O, 2016-18-ci illərdə “Qəbələ”də 46, 2018-21-ci illərdə “Qarabağ”da 54 görüşdə iştirak edib. Filip Premyer Liqadakı 100 qarşılaşmada 38 qol vurub. Bunlardan 16-sı Qəbələ, 22-si Ağdam klubunun heyətində qeydə alınıb.

Qeyd edək ki, Filip Premyer Liqada ilk oyununu 2016-cı il avqustun 8-də “Qəbələ”nin heyətində “Kəpəz”ə (2:0) qarşı keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Onlar “Neftçi”yə qarşı mübarizədə daha stimullu olur” – Samir Abasov

admin

Şahruddin zirvədə, Səlahət izləyir

admin

Türkiyə Superliqası da başlayır

admin