Kateqoriyasız

“Bunu futbolçularıma güvənərək deyirəm” – Qurban Qurbanov

Konfrans Liqasının qrup mərhələsinin ilk oyunları çərçivəsində təmsilçimiz “Qarabağ’ sabah İsveçrənin “Bazel” klubunu qonaq edəcək.

İdmanxeber.az-ın məlumatına görə, görüşdən öncə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Hər zaman qrupda oynamaq istəmişik. Belə oyunlarda özümüzü göstərmək istəmişik. Sabah futbolçularımın daha yaxşı oynayacağına inanıram. Bunu futbolçularıma güvənərək deyirəm. İsveçrə futbolu klub səviyyəsində də yaxşı inkişaf edib. Onların futbolu bizə tanışdı.

– “Bazel”in heyətində kifayət qədər təhlükəli futbolçular var. Rəqibi zərərsizləşdirməyin yunu tapmısınızmi?

Rəqib çox dinamik futbol oynayır. Bizim üçün kollektiv oyun çox vacibdi. Tək-tək mübarizə çox vacibdi. Komanda şəklində diqqətli olmalıyıq.

– “Neftçi” ilə oyunda komanda çox güc sərf etdi. Bu sabahkı oyunda özünü göstərə bilərmi?

Bəli, futboçular çox güc sərf etdilər. Meydançanın yumuşaq olmasına görə çox güc sərf etdilər. Bərpa üçün hətta bir gün əlavə vaxtımız olsaydı daha yaxşı olardı. Bizim hələ sabah səhər də məşqimiz olacaq. İlk oyunumuzdu. Yorgunçuluq bəhanə ola bilməz. İnaniram ki, komanda sabah tam hazır ola biləcək.

– İbrahima Vadji “Neftçi” ilə oyunda elə futbol sərgilədi ki sanki illərdir bu komandada çıxış edir. İstədiyiniz hücumçu bu idimi?

Vadji “Neftçi” ilə oyunda çox yaxşı oyun göstərdi. Bu o demək deyil ki, onda hər şey əladı. Biz çalışacağıq ki, o daha yaxşısını etsin. Bugün onun sürətindən, fiziki gücündən razıyam. Ancaq bəzi çatışmayan cəhətləri var. Ümid edirəm ki, bunları aradan qaldıracaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43