Kateqoriyasız

“Zirə”nin məşqçisi: “Külək bizə problem yaratmışdı” – VİDEO

“Zirə”nin məşqçisi Vaqif Paşayev Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Səbail”lə (3:1) cavab qarşılaşmasından sonra oyun haqda danışıb.

İdmanxeber.az xəbər verir ki, təcrübəli məşqçi matçla bağlı bunları deyib:

“İlk oyundakı 4:0 hesablı qələbəyə baxmayaraq, uşaqlara başa salmışdıq ki, kubok 2 oyundan ibarətdi. 3:0, 4:0 qalib gəlib, sonradan mərhələ keçə bilməyən komandalar da olub. Futbolçularımıza tapşırmışdıq ki, ilk oyundakı nəticəni unutsunlar. Tapşırıqlarımızı yerinə yetirdi. Oyun yeni başlayanda külək də bizə problem yaratmışdı. Amma sonradan uşaqlar öz oyunları tutdu”.

Komandanın məşqçisi yeni transferlər haqda bunları deyib: “Yeni transferlər yavaş-yavaş formanı yığacaqlar. Hesab edirəm ki, bundan da yaxşı olacaqlar”.

​Paşayev yarımfinalda “Neftçi” ilə qarşılaşacaq komandasının final şanslarını da dəyərləndirib: “Nə qədər mümkündürsə, yuxarılara gedəcəyik. Rəqib kim olursa-olsun, çıxıb oynayacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43