08 Sentyabr 2024
Dünyadan

24 yaşlı futbolçu dünyasını dəyişdi

Daha bir futbolçu dünyasını dəyişib. Bu ukraynalı 24 yaşlı futbolçu Maksim Bilidi.

UEFA-nın saytına istinadən verdiyimiz xəbərə görə, təxminən iki ildir yaşıl meydanlardan uzaqda qalan oyunçunun ölməsinə səbəb olan xəstəlik barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, Maksim 2011-ci ildə Danimarkada təşkil olunan U-21 Avropa çempionatında Ukraynanın turnirdəki tək qolunu vurmuşdu. Futbolçu millinin müxtəlif aşağı yaş qruplarında 29 dəfə forma geyinmiş və 5 dəfə fərqlənmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43