Kateqoriyasız

“Tez qol buraxmağımız futbolçuları şoka saldı”

“Şamaxı” Azərbaycan Premyer Liqasının 6-cı turunun oyununda səfərdə “Sumqayıt”la 0:0 hesablı heç-heçə edib.

İdmanxeber.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında bölgə təmsilçisinin baş məqşçisi Vüqar Əsgərli açıqlama verib:

“Bu oyun hər iki komanda üçün xal qazanmaq baxımından çox vacib idi. Heyət baxımından sıxıntılarımız var idi. Buna baxmayaraq, futbolçularımız əzmkarlıq göstərdi və bizə lazım olan xalı qazandılar. Bura qədər çox xallar itirmişdik. Fərqli iki hissə izlədik. İlk hissədə tez qol buraxmağımız futbolçuları şoka saldı. Amma toparlanmağı bacardılar, qolu vurdular və xal qazandıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43