20 Sentyabr 2024
Ölkə futbolu

Premyer Liqa klubları “Kəpəz”in legioneri üçün hərəkətə keçir

“Kəpəz”in futbolçusu Georgi Papunaşvili mövsüm sonu komandadan ayrıla bilər.

İdmanxeber.az-a verilən məlumata görə, gürcüstanlı oyunçu “Səbail” və “Sumqayıt”ın maraq dairəsindədir. Bakı klubları Papunu heyətinə qatmaq istəyir.

Gəncə təmsilçisindən daha yüksək maaş təklif edən Premyer Liqa klubları yayda futbolçu üçün hərəkətə keçəcək. 

“Sarı-göylər” çempionatı tərk etməsə belə, onu komandada saxlamaq çətin olacaq. Çünki Papunun klubda qalması üçün maaşında ciddi artım edilməlidir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43