Dünya futbolu

“Mançester Yunayted” gənc oyunçunu geri qaytarmağı düşünmür

Meyson Qrinvud “Mançester Yunayted”ə qayıtmayacaq.

İdmanxeber.az-ın məlumatına görə, “qırmızı şeytanlar” 22 yaşlı vingerin transferindən 34 milyon funt-sterlinq əldə etmək istəyir. Onunla “Barselona” və “Atletiko Madrid” klubları maraqlanır.

Qrinvud ötən ilin yayından bəri icarə əsasında “Xetafe”də çıxış edir. O, La Liqada 21 oyunda 5 qol vurub və 5 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43