Dünya futbolu

Acunun komandasının ulduzu Premyer Liqa klublarının “radar”ında

“Hall Siti”nin oyunçusu Ceyden Filocin Premyer Liqa klublarının maraq dairəsindədir.

İdmanxeber.az-ın məlumatına görə, ötən ilin yayında “Aston Villa”dan Çempionşip klubuna transfer olan 22 yaşlı vingerlə “Tottenhem” yaxından maraqlanır. “Aston Villa” da müqavilədəki bəndə görə oyunçunu geri ala bilər.

Filocin bu mövsüm Çempionşipdə 20 oyunda 8 qol vurub və 6 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43