Dünya futbolu

“Kral klubu”nun Hakimi planı

”Real” sabiq oyunçusu Əşrəf Hakimini transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, “kral klubu” mərakeşli cinah müdafiəçisini 2025-ci ilin yayında müqaviləsinin bitməyinə 1 il qalmış ya da 1 il sonra azad agent kimi transfer etməyi düşünür.

”Real”ın yetirməsi olan Hakimi əsas komandada 17 oyuna çıxıb.

Hazırda PSJ-də çıxış edən 25 yaşlı oyunçu bu mövsüm 26 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43