Ölkə futbolu

Vüsal İsgəndərli: “Azərbaycandan kifayət qədər yaxşı təkliflərim var”

“Hədəfimiz pley-offa qalmaq idi. Bu məqsədimizə çatsaq da, Super Liqaya yüksələ bilmədik. “Bodrusmpor”la görüşdə məğlub olduq. Amma növbəti mövsüm daha yaxşı komanda olacağıq. “Boluspor”da qalacam. Qarşıdakı illərdə güclü komanda qurulacaq və Super Liqa üçün mübarizə aparacağıq”.

Bu sözləri İdmanxeber.az saytına Türkiyənin “Boluspor” klubunda çıxış edən Vüsal İsgəndərli deyib. Qışda Albaniyanın “Eqnatiya” klubundan Türkiyə təmsilçisinə keçən həmyerlimiz qərarından peşman olmadığını deyib:

“Eqnatiya” mənim üçün özəl klubdur. O komandada tarix yaşadım, Ermənistana səfər etdim. Uğurlu 6 ay keçirdim o klubda. Ayrılanda da “Eqnatiya”ya pul qazandırdım. Bu gün də klubun rəhbərliyi ilə əlaqəm var. Hətta bu yaxınlarda azərbaycanlı futbolçulardan biri o kluba keçə bilər. Rəsmiləşməyib deyə, adını deməyim düzgün olmaz. 

Amma “Bolsupor”a keçdiyim üçün qətiyyən peşman deyiləm. Həyatda bütün qərarlarımın bir faydası olub. Uğurlu olsam da, olmasam da mənim üçün yaxşı təcrübə olacaq. Hazırda Azərbaycandan kifayət qədər yaxşı təkliflərim var, amma karyeramı “Bolsupor”da davam etdirəcəm”.

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43