21 Sentyabr 2024
Ölkə futbolu

3 ölkədən təklifi var, “Neftçi”dən cavab gözləyir

“Neftçi”nin futbolçusu İsmayıl Zülfüqarlı bir neçə klubun maraq dairəsindədi.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, 23 yaşlı oyunçuya ölkə xaricindən təkliflər var. Belə ki, Türkiyə, Ukrayna və Polşa klubları Zülfüqarlının meneceri ilə təmasa keçib. Tərəflər arasında danışıqlar davam edir.

Bunlarla yanaşı, Premyer Liqa klublarımız da oyunçunun xidmətində maraqlıdı. Ancaq müdafiəçi hazırda yalnız “Neftçi” barədə düşünür.

Baş məşqçi axtarışında olan “ağ-qaralar”da hər şey bundan sonra məlum olacaq. Əgər təyin ediləcək yeni mütəxəssis Zülfüqarlını heyətdə görmək istəməsə, futbolçu təklifləri dəyərləndirəcək.

Xatırladaq ki, 23 yaşlı müdafiəçi ötən mövsümün ikinci yarısını icarə əsasında “Turan Tovuz”da keçirib. Hazırda onu heyətinə qatmaq istəyən klublardan biri də Tovuz təmsilçisidi.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43