Ölkə futbolu

“Sumqayıt” Rusiya və Super Liqa klubları ilə üz-üzə gələcək

“Sumqayıt” növbəti mövsümün hazırlıqlarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, “kimyaçılar” təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunları keçirəcək. Komanda ilk matçında Rusiyanın “Orenburq” klubu ilə üz-üzə gələcək. Oyun iyulun 7-də keçiriləcək.

Daha sonra “Sumqayıt” Türkiyə Super Liqası təmsilçisi iki klubla gücünü sınayacaq. Hələlik bu komandaların adları bəlli deyil.

Xatlrladaq ki, “kimyaçılar” hazırlıqlarını iyulun 3-dən 17-dək Ankaranın Qızılcahamam bölgəsində davam etdirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43