“Qəbələ” oyunu çətin osa da, 3 xalı götürə bildik. Bizim üçün vacib qarşılaşma idi. Qarşıda “Sumqayıt” görüşü var, həmin matçda da qələbə qazanmalıyıq”.
Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in legioneri Martins Junior “sarı-göylər”in son oyunu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Yeni baş məşqçi gələndən sonra daha yaxşı çıxış edirik. Birlikdə qarşıdakı oyunlara köklənməliyik. Məqsədimiz Premyer Liqada qalmaqdır. Buna nail olmağı bacarmalıyıq. Yetər ki, komanda olaraq birgə mübarizə aparaq.
İlk dövrə bitmək üzrədir, fasiləyə az qalıb. Bu dövrü çox yaxşı keçirməliyik. Transfer dönəmində komandanın güclənməyə ehtiyacı var. Hazırda da heyətimiz pis deyil. Ancaq daha 3-4 futbolçu ilə güclənmək lazımdır”.
Həsən Quluzadə