Ölkə futbolu

3 dəqiqədə komandasına qələbə gətirən futbolçu: “Ağır oldu”

Premyer Liqanın 16-cı turunda autsayderlər arasında keçirilən AZAL – “Rəvan” matçında ən çox diqqət çəkən futbolçulardan biri də “təyyarəçilər”in üzvü Şəhriyar Rəhimov oldu. 

AZAL-ın 2:1 hesabı ilə qələbə qazandığı oyunda komandasının hər iki qolunun müəllifi olan futbolçu matç haqda idmanxeber.com-a danışdı:

“Oyun çox ağır keçdi. İkinci hissədə hesabda geri düşdük, ancaq sona 3 dəqiqə qalmış qələbə qazandıq. Şahin Diniyevin gəlişindən sonra “Rəvan” daha aqressiv futbol oynayır.

Yenə də şükürlər olsun ki, qələbə qazandıq. Vurduğum qollara gəlincə, əlbəttə çox sevinirəm ki, komandaya kömək edə bildim. Ancaq mənə elə gəlir ki, qolu kimin vurduğu vacib deyil”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43