İdman

3 güləşçimiz qızıl medal uğrunda yarışacaq

Mayın 20-də İslamiadanın sərbəst güləş yarışlarının sonuncu günündə Azərbaycanın üç pəhləvanı qızıl, bir idmançımız isə bürünc medal uğrunda mübarizə aparacaq.

Sərbəst güləş yarışlarının sonuncu günündə atletlər dörd çəki dərəcəsində xalça üzərinə çıxıblar.

Qızıl medallar uğrunda Hacı Əliyev (61 kq), Murtuzəli Müslümov (70 kq) və Cəmaləddin Maqomedov (125 kq) mübarizə aparırlar. Şərif Şərifov (86 kq) isə üçüncü yer uğrunda gücünü sınayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43