İdman

35 yaşlı cüdoçumuzdan möhtəşəm nəticə – Avropa çempionu oldu

Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatında fərdi yarışlara yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, yarışın sonuncu günü Azərbaycan millisi aktivinə daha bir qızıl medal yazdırıb.

100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elxan Məmmədov bütün rəqiblərinə qalib gələrək Avropa çempionluğu sevincini yaşayıb.

Digər cüdoçularımız – Məmmədəli Mehdiyev (90 kq) və Elmar Qasımov (100 kq) isə 5-ci olub.

Bununla da, Azərbaycan milli komandası 2 qızıl, 3 bürünc medal qazanaraq Avropa çempionatını kişilər arasında fərdi yarışlarda ikinci yerdə tamamlayıb.

Qeyd edək ki, sabah Azərbaycan yığması komanda yarışlarında mübarizə aparacaq. Komanda yarışlarında Vüqar Şirinli (66 kq) və Tural Səfquliyev (90 kq) də digər cüdoçularımızla birgə yarışacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43